Скрыть
5:0
5:1
5:2
5:6
5:7
5:17
5:19
5:20
5:22
5:23
5:24
5:26
5:28
5:30
5:32
5:34
5:35
5:36
5:40
5:41
5:46
5:47
5:48
Глава 17 
17:0
17:2
17:3
17:4
17:6
17:7
17:8
17:9
17:11
17:12
17:13
17:15
17:16
17:17
17:18
17:19
17:23
17:24
17:25
17:26
17:27
İsanın Dağüstü vəzi
İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi.
İsa danışmağa başlayıb onları öyrədərək dedi:
Bəxtiyar olanlar
«Nə bəxtiyardır ruhən yoxsullar!
Çünki Səmavi Padşahlıq onlarındır.
*Nə bəxtiyardır yaslı olanlar!
Çünki onlar təsəlli tapacaq.
*Nə bəxtiyardır həlimlər!
Çünki onlar yer üzünü irs alacaq.
*Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar!
Çünki onlar doyacaq.
Nə bəxtiyardır mərhəmətli olanlar!
Çünki onlara mərhəmət ediləcək.
*Nə bəxtiyardır ürəyi təmiz olanlar!
Çünki onlar Allahı görəcək.
Nə bəxtiyardır sülhyaradanlar!
Çünki onlar Allahın övladları adlanacaq.
*Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər!
Çünki Səmavi Padşahlıq onlarındır.
*İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız!
*Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər.
Duz və nur
*Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz.
*Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz.
*Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın.
*Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.
Qanun və Peyğəmbərlər
Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim.
*Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq.
Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq.
Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz.
Hirs və qətl
*Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz.
Mənsə sizə deyirəm ki, qardaşına hirslənən* hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq.
Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var,
qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et.
*Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan.
Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan.
Zina və boşanma
*“Zina etmə” deyildiyini eşitmisiniz.
Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur.
*Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır.
*Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır.
*“Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir.
Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir.
And içmək
*Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz.
*Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır;
nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir.
Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən.
Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır.
Düşmənlərinizi sevin
*“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz.
Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir.
Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver.
Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get.
Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.
*“Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz.
Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin.† Sizi təqib edənlər üçün dua edin – bəzi əlyazmalarda sizi lənətləyənlərə xeyir-dua verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizi incidənlər və təqib edənlər üçün dua edin (Luka 6:27-28).
Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır.
Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi?
Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər‡ Bütpərəstlər – bəzi əlyazmalarda Vergiyığanlar. də belə etmirmi?
*Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.
İsanın görünüşü dəyişir
*Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və qardaşı Yəhyanı götürüb hündür bir dağa çıxdı.
Onların qarşısında görünüşü dəyişdi. Üzü günəş kimi parladı və libası işıq kimi ağ oldu.
O an Musa və İlyas onlara göründü. Onlar İsa ilə söhbət edirdi.
Peter sözə başlayıb İsaya dedi: «Ya Rəbb! Nə yaxşı ki biz buradayıq. Əgər istəyirsənsə, burada üç çardaq qurum – biri Sənin, biri Musa, biri də İlyas üçün».
*Peter hələ danışan zaman parlaq bir bulud onların üzərinə kölgə saldı. Budur, buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam, Ona qulaq asın!»
Şagirdlər bunu eşidəndə üzüstə yerə qapandılar və onları böyük dəhşət bürüdü.
İsa gəlib onlara toxunaraq «Qalxın, qorxmayın!» dedi.
Onlar da başlarını qaldıranda İsadan başqa kimsəni görmədilər.
Dağdan enərkən İsa şagirdlərinə əmr etdi: «Bəşər Oğlu ölülər arasından dirilənə qədər gördüyünüzü heç kimə söyləməyin».
*Şagirdlər Ondan soruşdular: «Elə isə, niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?»
İsa onlara cavab verdi: «Düzdür, İlyas gəlib hər şeyi yoluna qoymalıdır.
*Lakin sizə deyirəm: artıq İlyas gəldi və onu tanımadılar, lakin nə istədilərsə, onun başına gətirdilər. Eyni cür Bəşər Oğlu da onların əlindən əzab çəkəcək».
Şagirdlər o zaman başa düşdülər ki, İsa onlara bu sözləri Vəftizçi Yəhya haqqında söyləyirdi.
Oğlandan cin çıxarılır
Onlar xalqın yanına gələndə bir adam gəlib İsanın qarşısında diz çökərək dedi:
«Ya Rəbb! Oğluma rəhm elə, çünki o, epileptikdir və çox əzab çəkir. Tez-tez gah oda, gah da suya düşür.
Onu Sənin şagirdlərinin yanına gətirdim, lakin ona şəfa verə bilmədilər».
İsa cavab verərək dedi: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər sizinlə olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı buraya, yanıma gətirin».
İsa cinə qadağan etdi və cin uşaqdan çıxdı. Oğlan o saatda şəfa tapdı.
O zaman şagirdlər İsaya təklikdə yaxınlaşıb dedilər: «Nə üçün biz o ruhu qova bilmədik?»
*İsa da onlara dedi: «İmanınız az olduğu üçün. Çünki sizə doğrusunu deyirəm: bir xardal toxumu qədər imanınız olarsa və siz bu dağa “buradan oraya köç” desəniz, o köçər və sizin üçün mümkün olmayan heç bir şey olmaz».
*
İsa ölüb-diriləcəyi barədə yenə xəbər verir
Qalileyada yığılarkən İsa şagirdlərə dedi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək
və Onu öldürəcəklər, amma O, üçüncü gün diriləcək». Onlar çox kədərləndilər.
Məbəd vergisi
*Kefernahuma gəldikləri zaman məbəd vergisini† Məbəd vergisi – yunan mətnində didraxmon, yəni iki dirhəm. yığanlar Peterə yaxınlaşıb dedilər: «Sizin Müəlliminiz vergi ödəmirmi?»
Peter «ödəyir» dedi. Evə gələndə İsa onu qabaqlayaraq dedi: «Şimon! Sən necə düşünürsən? Yerin hökmdarları gömrük və yaxud vergini kimdən alırlar? Öz övladlarındanmı, yoxsa kənar adamlardan?»
Peter Ona «kənar adamlardan» söylədikdə İsa ona dedi: «Belə isə, övladlar sərbəstdir.
Lakin bu adamları incitməyək deyə gölə get, tilov at və tilova düşən ilk balığı götür. Onun ağzını açanda bir gümüş pul‡ Bir gümüş pul – yunan mətnində statir, yəni dörd dirhəm. tapacaqsan. Onu götür, həm Mənim, həm də öz əvəzinə ver».
Толкования стиха Скопировать ссылку Скопировать текст Добавить в избранное
Библ. энциклопедия Библейский словарь Словарь библ. образов Практическая симфония
Цитата из Библии каждое утро
TG: t.me/azbible
Viber: vb.me/azbible
11 Game-guardian.-on-pc Auto-skip-video-ads-on-pc Beeyor.tj-–-служба-доставки-ед-on-pc 1_1