Скрыть
102:0
102:2
102:7
102:10
102:11
102:12
102:13
102:14
102:22
103:0 Davudun məzmuru.
103:1 Rəbbə alqış et, ey könlüm,
Ey bütün varlığım, Onun müqəddəs adına alqış et!
103:2 Rəbbə alqış et, ey könlüm,
Unutma etdiyi yaxşılıqları:
103:3 Odur bütün təqsirlərini əfv edən,
Bütün xəstəliklərinə şəfa verən.
103:4 Odur həyatını məzara düşməkdən qurtaran,
Məhəbbətin, mərhəmətin tacını başına qoyan.
103:5 Odur ömür boyu səni bərəkəti ilə doyduran,
Səni təzələyib gənc, gümrah qartala oxşadan.
103:6 Rəbb bütün miskinlər üçün
Haqq və ədalət edir.
103:7 Yollarını Musaya,
Əməllərini İsrail övladlarına göstərib.
103:8 * * Rəbb rəhmli və lütfkardır,
Hədsiz səbirli və bol məhəbbətlidir.
103:9 Həmişə töhmətləndirməz,
Qəzəbi sonsuza qədər sürməz.
103:10 Bizimlə günahlarımıza görə davranmaz,
Təqsirlərimizin əvəzini çıxmaz.
103:11 Çünki göylər yerdən nə qədər ucadırsa,
Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür.
103:12 Nə qədər şərq qərbdən uzaqdırsa,
Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb.
103:13 Ata övladlarına rəhm etdiyi kimi
Rəbb də Ondan qorxanlara elə rəhm edir.
103:14 Çünki necə yarandığımızı bilir,
Torpaqdan düzəlməyimizi unutmur.
103:15 İnsanınsa ömrü bir ota oxşar,
Çəmən gülləri kimi çiçək açar,
103:16 Üstündən yel əsərkən yox olur,
Yerində izi belə, qalmır.
103:17 Rəbbin isə Ondan qorxanlara olan məhəbbəti,
Onların övladlarına olan salehliyi
Əzəldən var, bu əbədi qalacaq.
103:18 Onun əhdinə vəfa edənlərə bunları göstərir,
Qayda-qanunlarını yerinə yetirənləri unutmur.
103:19 Rəbb taxtını göylərdə qurub,
Hər yerdə hökmranlıq edir.
103:20 Rəbbə alqış edin, ey Onun mələkləri,
Ey Onun sözünə baxıb icra edən qüdrətli igidlər!
103:21 Rəbbə alqış edin, ey səmanın bütün orduları,
İradəsini yerinə yetirən xidmətçiləri!
103:22 Rəbbə alqış edin, ey Onun yaratdıqları,
Ey Onun hökm etdiyi yer üzərində olan bütün varlıqlar!
Rəbbə alqış et, ey könlüm!
Толкования стиха Скопировать ссылку Скопировать текст Добавить в избранное
Библ. энциклопедия Библейский словарь Словарь библ. образов Практическая симфония
Цитата из Библии каждое утро
TG: t.me/azbible
Viber: vb.me/azbible
2276 National-anthems-on-pc 2 4_5 2_2